Brozoviç Ronaldonun yanına gedir?
Marselo Brozoviç “İnter”dən ayrılmaq üzrədir. Lakin “neradzurri” və “Əl-Nəsr” futbolçunun transferini rəsmiləşdirmək üçün hələ razılığa gələ bilməyiblər.
Xorvatiyalı özü isə “Barselona”ya keçidə razılıq verib. Lakin İspaniya klubu hələ ki, futbolçu ilə bağlı təklifini yekunlaşdırmayıb.