Braziliya – Argentina oyunu yenidən keçiriləcək
DÇ-2022-nin seçmə mərhələsinin yarımçıq qalan Braziliya – Argentina oyununun taleyinə aydınlıq gəlib. Bununla bağlı qərarı FİFA-nın İntizam Komitəsi verib.
Ötən il sentyabrın 5-də keçirilməli olan matç yenidən təşkil olunacaq. Matçın vaxtını FİFA müəyyənləşdirəcək. Braziliya 550, Argentina 250 min İsveçrə frankı cərimələnib. Argentinalıların dörd oyunçusu – Emiliano Buendiya, Emiliano Martines, Covani Lo Çelso və Kristian Romero 2 matçlıq diskvalifikasiya alıb.
Qeyd edək ki, bu 4 oyunçunun Braziliyaya qanunsuz daxil olması üzündən 4-cü dəqiqədə dayandırılıb.