Ramos “Real”a qarşı oynamayacaq
PSJ-nin futbolçusu Serxio Ramos Çempionlar Liqasının “Real”la ilk oyununu buraxacaq. Bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.
35 yaşlı müdafiəçi 1/8 finalın ilk görüşünə hazır olmayacaq. Yanvarın 23-dən meydana çıxmayan Serxio fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, PSJ – “Real” matçı fevralın 15-də baş tutacaq.