“Borussiya”nın yeni kapitanı bəlli oldu
Dortmund “Borussiya”sının yeni kapitanı bəlli olub. Klub bir müddət əvvəl müqaviləsini yeniləyən yarımmüdafiəçi Əmrə Canın komandaya yeni kapitan təyin edildiyini açıqlayıb.
Qapıçı Qreqor Kobel vitse-kapitan təyin olunub. Xatırladaq ki, iyulun əvvəlində Marko Roys kapitan sarğısından imtina edib.