Suarez ”Qremio”da qaldı
Luis Suarezin taleyinə aydınlıq gəlib. Uruqvaylı hücumçu “Qremio”da qalacaq.
Forvard 2023-cü ilin sonunadək Braziliya klubunu tərk etməyəcək. Suarezin müqaviləsi 2024-cü ilin dekabrında başa çatacaq.
“İnter Mayami” futbolçunun xidmətində maraqlıdır. Lakin “Qremio” rəhbərliyi mövsümün sonunadək Luisi buraxmamağa qərar verib.