“Borussiya”dan Matsen qərarı
“Borussiya” Yan Matsenlə bağlı qərarını verib. Dortmund klubu oyunçunu qış “transfer pəncərəsi”ndə “Çelsi”dən icarəyə götürüb.
Almaniya təmsilçisi 22 yaşlı futbolçunun çıxışından razıdır. Klub onu komandada saxlamağa çalışacaq.
Yanın özü də “Borussiya”da xoşbəxtdir. Lakin “Çelsi” onu 35 milyon funt-sterlinqə satmaq niyyətindədir. Keçid reallaşarsa, bu, “sarı-qaralar”ın tarixində rekord transfer olacaq.