“Borussiya”da yeni müqavilə

“Borussiya”da yeni müqavilə

Mönhenqladbax “Borussiya”sı heyətinə yeni futbolçu qatıb. Almaniya klubu Marvin Fridrixin keçidini açıqlayıb.

26 yaşlı müdafiəçi “Union”dan transfer olunub. Onunla 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Futbolçunun qiyməti 10 milyon avro olsa da, transferin neçəyə razılaşdırıldığı açıqlanmayıb. Fridrix cari mövsüm “Union”da 21 matça çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 12.01.2022

Növbəti yazı

“Memfis” “10”a çatdı