“Betis” kubokun qalibi oldu

“Betis” kubokun qalibi oldu

İspaniya kubokuna yekun vurulub. Final görüşünün əsas vaxtında “Betis”lə “Valensiya” bərabərə qalıb – 1:1. Oyunsonrası penaltilər seriyasında qalibin adına aydınlıq gəlib. Burada daha dəqiq olan “Betis” futbolçuları 5:4 hesabı ilə qalib gəlib.

Ölkə kubokunun qalibi adına “Betis” sahib çıxıb. Komanda tarixində 3-cü dəfə Kral Kubokunun qalibi olub. “Ağ-yaşıllar” daha öncə 1977 və 2005-ci illərdə bu titulu qazana bilib.

ETOPAZ

Əvvəlki yazı

Müllerdən rekord

Növbəti yazı

Verratti Fransa rekordçusudur