“Beşiktaş”da yeni baş məşqçi

“Beşiktaş”da yeni baş məşqçi

“Beşiktaş”ın yeni baş məşqçisi bəlli olub. Komandaya niderlandlı mütəxəssis Covanni van Bronkhorst rəhbərlik edəcək.

Klubdan verilən məlumata görə, 50 yaşlı mütəxəssislə 2+1 illik rəsmi müqavilə imzalanacaq. Covanni van Bronkhorstun ilədiyi son klub Şotlandiya “Reyncers”i olub. O, komanda ilə 2022-ci ildə yollarını ayırıb. Bundan başqa, məşqçi “Feyenoord” (Niderland) və “Quanqjou” (Çin) klublarında fəaliyyət göstərib.

ETOPAZ

Əvvəlki yazı

Millimiz 1/4 finalda

Növbəti yazı

“Hypers” 2-ci Liqada!