Benzema zədələndi
“Real” ciddi itki təhlükəsi ilə üzləşib. İspaniya klubunun futbolçusu Kərim Benzema növbəti matçı buraxa bilər.
Fransalı hücumçu “Rayo Valyekano” ilə matçın 10-cu dəqiqəsində xəsarət alıb. Görüşü axsaya-axsaya və ağrılarla davam etdirən Kərim qol vurmağı da bacarıb.
Sağ ayağından zədələnən Benzemaya sonradan 5 tikiş qoyulub. Bugünkü məşqi də buraxan oyunçunun “Sevilya” ilə qarşılaşmada iştirakı sual altına düşüb. Bu oyun mayın 27-də keçiriləcək.
“Real” “Rayo Valyekano”nu 2:1 hesabı ilə məğlub edib.