Günün kuponu – 26.05.2023

Günün kuponu – 26.05.2023

“Sampdoriya” – “Sassuolo” QOL/QOL
“Sampdoriya”nın A seriyasını tərk edəcəyi çoxdan rəsmiləşib. Turnir cədvəlində 13-cü yeri tutan “Sassuolo” isə qələbə qazanacağı halda uzağı bir pillə irəliləyəcək.
“Sassuolo” son 4 oyunda qalib gələ bilməyib. Hiss olunur ki, futbolçular çamadan əhval-ruhiyyəsindədirlər və mövsümün başa çatmasını gözləyirlər.

“Odense” – Horsens” QOL/QOL
Komandalar Danimarka çempionatında ikinci “altılıq”da Super Liqada qalmaq uğrunda mübarizə aparırlar.
27 xalla 11-ci yeri tutan “Horsens”in vəziyyəti daha təhlükəlidir. “Odense” 43 xal toplayıb və 8-ci pillədədir.
Bu komandalar arasında son 4 oyundan üçün qol\qolla yekunlaşıb.

ABŞ (U-20) – Slovakiya (U-20) QOL/QOL
ABŞ yığması dünya çempionatında hər iki oyununu qələbə ilə başa vuraraq 6 xalla qrupa başçılıq edir.
Slovakiya Ficiyə qalib gəlsə də, Ekvadora uduzub. Amerikalıların işi daha rahat görünür,amma onlar da azı bir xal qazanmağa çalışacaqlar.
Avropalıları isə heç-heçə qane etmir. Çünki paralel oyunda böyük ehtimalla Ficini məğlub edəcək Ekvador Slovakiyanı keçə bilər.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Benzema zədələndi

Növbəti yazı

Sürpriz kupon – 26.05.2023