Benzema şəxsi rekordunu yenilədi

Benzema şəxsi rekordunu yenilədi

Çempionlar Liqasının 1/4 finalının ilk matçında “Çelsi” ilə oyunda (3:1) “Real”ın oyunçusu Kərim Benzema 3 qol vurub. Hücumçu üçün bu görüş əlamətdar olub.

Fransız futbolçu 2021/22 mövsümündə klubda 36 oyunda 37, millidə isə 7 oyunda 5 dəfə fərqlənib. Benzema karyerasında ilk dəfə bir mövsümdə 40 və ya daha çox qol vurub.

Forvard “Real”ın heyətində La Liqada 24, Çempionlar Liqasında 11, İspaniya Superkubokunda 2 dəfə adını tabloya yazdırıb.

ETOPAZ

Əvvəlki yazı

“Real”da ciddi itki

Növbəti yazı

“Çelsi” 2018-ci ildən sonra ilk dəfə