“Real”da ciddi itki
“Çelsi” ilə cavab görüşü öncəsi “Real”da ciddi itki baş verib. Müdafiəçi Eder Militao Çempionlar Liqası oyununu buraxacaq.
1/4 final mərhələsinin ilk oyununun (3:1) 14-cü dəqiqəsində braziliyalı yarımmüdafiəçi Kay Havertsə qarşı kobudluq edib. Baş hakim isə ona sarı vərəqə göstərib. Oyunçu cəza limitində olduğundan növbəti matçı buraxmalı olacaq.
Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 12-də “Santyaqo Bernabeu”da keçiriləcək.