Benzema ilk fransız oldu
“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/4 final mərhələsinin “Çelsi” ilə ilk oyununda (3:1) het-trik edib. Ardıcıl olaraq o, cari turnirdə 9, 10 və 11-ci qollarına imza atıb.
34 yaşlı hücumçu Çempionlar Liqasının bir mövsümündə ən azı 10 qol vuran ilk fransız olub. Çempionlar Kubokunu nəzərə alsaq, Benzema bunu bacaran ikinci fransız olub – 1958/59 mövsümündə Cast Fonteyn 10 qol vurub.