Sürpriz kupon – 07.04.2022
“Vest Hem” – “Lion” – 1
Avropa Liqasında 1\4 final mərhələsinin ilk oyunu. “Vest Hem” premyer liqada son turlarda xal itirib, üstəlik “Sauthempton”a uduzmaqla kubok yarışından kənarda qaldı. “Lion” 1\8 finalda “Portu”ya qalib gəlməklə mərhələ adladı. Bukmeykerlər ingilislərə çox inanır. Səbəbi statistikadadı.“Vest Hem” evdə keçirdiyi son 10 matçda qələbəyə sevinib.
“Lester” – PSV – 1
“Lester” UEFA Konfrans Liqasının favoritlərindən biri sayılır. İngiltərə çempionatında liderlərdən uzaqlaşan Brendan Rocersin komandası Konfrans Liqasını qazanmaqla yeni mövsümdə avrokuboklara vəsiqə əldə edə bilər. Niderland çempionatında ikinci yerdə olan PSV 13 matçda məğlubiyyət yaşamayıb.
“Marsel” – PAOK – QOL/QOL
Azarkeşlərimizə yaxşı tanış olan “Marsel” demək olar ideal vəziyyətdədir. Son 5 matçda qələbə qazanan Xorxe Sampaolinin komandası “Bazel”i də məğlub etməyi bacarıb. Əvvəlki mərhələdə “Gent”ə qalib gələn PAOK Yunanıstan çempionatının son turunda “Panatinaykos”a uduzub (1-2). Meydan sahiblərinin qələbəsi 1.37 əmsalı ilə təqdim olunur. Ona görə qol\qol seçiminə üstünlük verirəm.