Bençiç mükafatlandırıldı

Bençiç mükafatlandırıldı

İsveçrəli tennisçi Belinda Bençiç mükafatlandırılıb. O, “Billie Jean King Cup Heart Award” mükafatına layiq görülüb.

Belinda Billi Cin Kinq kubokundakı çıxışına görə bu mükafatı alıb. O, azarkeşlər arasında səsvermədə Lyudmila Samsonova, Viktoriya Kujmova, Daniel Kollinz və Storm Sandersi keçib.

Mükafatın sahibi 10 min dollar da alıb. Bençiç bu vəsaiti xeyriyyə məqsədlərinə yönəldib.

Qeyd edək ki, onun yer aldığı yığma Billi Cin Kinq kubokunun finalına qədər irəliləyib.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”in oyunu təxirə salındı

Növbəti yazı

Müller “100”ü yarıladı