Müller “100”ü yarıladı
“Bavariya”nın futbolçusu Tomas Müller Çempionlar Liqasında 50-ci qolunu vurub. Almaniya klubunun oyunçusu qrup mərhələsinin VI turunun “Barselona” ilə görüşündə fərqlənib.
3:0 hesablı qələbəyə qolla töhfə verən Tomas qitənin ən nüfuzlu klub turnirində “100”ü yarılayan ilk almaniyalı olub. O, turnirdə 50 və daha çox qol vuran 8-ci oyunçudur. Müller bu qollardan 8-ni “Barselona”ya vurub. O, buna 7 matçda nail olub.