Ben Arfa PSJ-yə qalib gəldi

Ben Arfa PSJ-yə qalib gəldi

PSJ-nin sabiq hücumçusu Hatem Ben Arfa məhkəmədə Paris klubuna qalib gəlib. Futbolçu Fransa təmsilçisinin heyətində çıxışı zamanı (2016-2018) Qətər əmirinin ünvanına təhqiramiz ifadələr işlədib və buna görə bir ilə yaxın komandadan uzaqlaşdırılıb.

Ben Arfa bu səbəbdən klubu məhkəməyə şikayət edib. Paris Apellyasiya Məhkəməsi PSJ-ni futbolçuya psixoloji təzyiq göstərməkdə, həmçinin ödənilməmiş hesablarda günahkar bilib. Məhkəmə parisliləri Hatemə 100 min avrodan çox təzminat ödəməyə məcbur edib.

ETOPAZ

Əvvəlki yazı

Azar “Real”da qalmaq istəyir

Növbəti yazı

“Bavariya” müdafiəçilərini komandada saxlayacaq