Bellingemdən rekord

Bellingemdən rekord

Cud Bellingem Çempionlar Liqasının rekordunu təkrarlayıb. “Real”ın ingiltərəli yarımmüdafiəçisi yeni klubunda ardıcıl 6 oyunda qol və ya ötürməyə imza atan 4-cü futbolçu olub. 

Cud bu matçlarda 4 qol v ə 4 assist müəllifi kimi fərqlənib. Bellingemə qədər Artyom Dzyuba, Kilian Mbappe və Sebastyan Aller yeni klubunda ardıcıl 6 görüşdə qol vurulmasında pay sahibi olub.

Dzyuba 2015-ci ildə “Zenit”də 6 qol və 2 ötürmə ilə yadda qalıb. İki il sonra Mbappe PSJ-də 4 dəfə özü fərqlənib, üç dəfə assist edib. 2021-ci ildə “Ayaks”da forma geyinən Aller 11 qol və 2 ötürmə müəllifi olub.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti” və “Real” 1/4 finalda

Növbəti yazı

“Borussiya” dünya çempionatında