Bellingem Ronaldoya çatdı

Bellingem Ronaldoya çatdı

“Real”ın futbolçusu Cud Bellingem xüsusi uğura nail olub. O, Kriştiano Ronaldonun göstəricisini təkrarlayıb.

Belə ki, yarımmüdafiəçi La Liqanın 2-ci turunun  “Almeriya” ilə matçında (3:1) 2 qol vurub. Keçən həftəsonu o, “Atletik”lə oyunda da (2:0) fərqlənib. Ardıcıl ilk 2 matçında qol vuran Bellingem bu göstəricidə Ronaldonun uğurunu təkrarlayıb.

ETOPAZ

Əvvəlki yazı

“Əl-Əhli” Verrattinin razılığını aldı

Növbəti yazı

“Sabah” 100-cü qolunu vurdu