Bellingem ən yaxşı seçildi
Cud Bellingem ilin ən yaxşı gənc futbolçusu seçilib. 20 yaşlı futbolçu “Golden Boy” mükafatına layiq görülüb.
“Real”ın oyunçusu sorğuda iştirak edən KİV nümayəndələrinin təxminən 95 faizinin səsini toplayıb. Yayda “Borussiya”dan 103 milyon avroya transfer olunan Bellingem qısa müddətdə komandanın ulduzuna çevrilib.