Belçikadan ardıcıl 2 məğlubiyyət

Belçikadan ardıcıl 2 məğlubiyyət

Millətlər Liqasında 3-cü yerin sahibi bəlli olub. İtaliya yığması Belçika üzərində 2:1 hesablı qələbə qazanıb.

Bu, Roberto Martinesin yetirmələrinin ardıcıl ikinci məğlubiyyəti olub. “Qırmızı iblislər” yarımfinalda Fransaya 2:3 hesabı ilə uduzub.

Belçika yığması 11 ildən sonra ardıcıl 2 rəsmi matçda məğlubiyyətlə üzləşib. 2009-10-cu illərdə yığma ardıcıl üç dəfə yenilib. 2009-cu ilin oktyabrında Estoniyaya 0:2, 2010-cu ilin sentyabrında isə Almaniyaya 0:1, Türkiyəyə 2:3 hesablı məğlubiyyət qeydə alınıb.

ETOPAZ

Əvvəlki yazı

Donnarummadan ilk

Növbəti yazı

Qaret Beyl: “Real”da 1 nömrəyəm”