Donnarummadan ilk
İtaliya millisinin qapıçısı Canluici Donnarumma karyerasında ilk dəfə yığmanın kapitanı kimi meydana çıxıb. O, Millətlər Liqasının Belçika ilə 3-cü yer uğrunda oyununa sarğı ilə başlayıb.
Fransa PSJ-sinin qolkiperi 22 yaş 7 ay 15 günlüyündə buna nail olub. O, son 56 ildə İtaliya yığmasının ən gənc kapitanıdır.
Sonuncu belə gənc kapitan Canni Rivera olub. 1965-ci il aprelin 8-də Polşa ilə qarşılaşma zamanı kapitan 21 yaş 8 aylıq olub.