Belçika millisində iki itki

Belçika millisində iki itki

“Real”ın qapıçısı Tibo Kurtua və “Lion”un müdafiəçisi Ceyson Denayer Belçika yığmasını tərk edib. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə hər iki futbolçunun tibbi səbəblərə görə oynamağa hazır olmadığı bildirilir. Millətlər Liqasında Belçika millisi iyunun 3-də Niderland, sonra iyunun 8-də Polşa, iyunun 11-də Uels yığması ilə qarşılaşacaq. İyunun 14-də isə polyaklarla yenidən görüş keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

Dalo “Mançester Yunayted” yolunda

Növbəti yazı

Di Mariyadan vida