Di Mariyadan vida
PSJ-nin futbolçusu Anxel di Mariyanın Argentina millisindəki karyerasını başa vuracağı vaxt bəlli olub. Bunu cənubi amerikalı yarımmüdafiəçi açıqlayıb.
34 yaşlı futbolçu bildirib ki, DÇ-2022-dən sonra yığma ilə vidalaşacaq. Qətərdəki mundial onun üçün son sınaq olacaq.
Qeyd edək ki, Anxel yığmada 121 oyunda 24 qol vurub.