Bekhem üçün 150 milyon
İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem DÇ-2022-nin siması olacaq. Qətərdəki mundialın təşkilatçıları onunla 10 illik müqavilə imzalayacaq.
Böyük britaniyalı ulduz ildə 15 milyon funt sterlinq qazanacaq. Onun bu anlaşmadan ümumi qazancı 150 milyon təşkil edəcək.
Xatırladaq ki, DÇ-2022 gələn il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.