“Bavariya”nın seriyasına son qoyuldu
“Bavariya”nın seriyasına son qoyulub. Komanda Bundesliqanın 7-ci turunda “Auqsburq”la qarşılaşıb.
Münhen təmsilçisi 0:1 hesabı ilə məğlub olub. Bu matça qədər “Bavariya” Bundesliqada çıxdığı 87 oyunda da meydanı qolsuz tərk etməyib. Bu, Bundesliqada mütləq rekorddur. “Auqsburq” rekordun davam etməsinə imkan verməyib.