De Bruyn Cerrardı keçdi
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyn Stiven Cerrardı arxada qoyub. Belçikalı dünən Premyer Liqanın 8-ci turunun “Vulverhempton”la oyununda (3:0) özünəməxsus nailiyyətə imza atıb.
31 yaşlı yarımmüdafiəçi 3 qoldan ikisində məhsuldar ötürmə edib. De Bruyn İngiltərə Premyer Liqasında karyerası ərzində 92 məhsuldar ötürmə edib. Belçika millisinin futbolçusu bu göstəricidə “Liverpul”un əfsanəsi Stiven Cerrarda çatıb. Lakin Kevinə bunun üçün 287, Cerrarda isə 504 oyun lazım olub.