“Bavariya”dan yeni rekord

“Bavariya”dan yeni rekord

“Bavariya” Çempionlar Liqasındakı səfər oyunlarındakı məğlubiyyətsizlik seriyasını 22-yə çatdırıb. Almaniya nəhəngi 1/8 finalın ilk oyununda Avstriyadan sülhlə dönüb.

Münhenlilər “Zalsburq”la heç-heçə edib – 1:1. 2017-ci ildə Fransada PSJ-yə məğlub olan “Bavariya” həmin vaxtdan rəqib meydanlarda uduzmur.

Bu, turnirin yenilənmiş mütləq rekordudur. Səfərdəki məğlubiyyətsizlik seriyası “Mançester Yunayted” (16 oyun) ikinci, “Ayaks” (14 oyun) üçüncüdür.

ETOPAZ

Əvvəlki yazı

Salah ÇL tarixinə düşdü

Növbəti yazı

Həftənin ən yaxşısı adına namizədlər müəyyənləşdi