“Bavariya” Noyer və Müllerlə müqaviləni uzadır

“Bavariya” Noyer və Müllerlə müqaviləni uzadır

“Bavariya” aparıcı futbolçuları Manuel Noyer, Tomas Müller və Robert Levandovski ilə yeni müqavilə imzalamaq niyyətindədir. Münhen klubu ulduzları ilə yazda danışıqlara başlayacaq.

Klub rəhbərliyi yaşı 30-dan çox olanlarla sözləşməni cəmi bir il müddətinə uzatmağı düşünür. Noyer və Müller bu varianta razıdır. Onlar karyeralarının sonuna qədər Bundesliqa təmsilçisində qalmaq istəyir.

Levandovski ilə bağlı vəziyyət fərqlidir. 33 yaşlı forvard uzunmüddətli müqavilə və illik 24 milyon avroluq maaşın azaldılmamasını tələb edib. Ancaq rəhbərlik yaşını nəzərə alaraq, bu məbəğin yüksək olduğunu düşünür.

Qeyd edək ki, qapıçı Manuel Noyer 2011, hücumçu Roberto Levandovski 2014-cü ildən “Bavariya”da çıxış edirsə, Müller məhz bu klubun yetirməsidir. Hər üçünün hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Morata “Yuventus”da qalır

Növbəti yazı

“Fənərbaxça”da yeni baş məşqçi