Morata “Yuventus”da qalır
“Yuventus” “Atletiko”dan icarəyə götürdüyü Alvaro Moratanı “Barselona”ya buraxmayacaq. İtaliya klubunun baş məşqçisi Massimiliano Alleqri hücumçunun komandadan getməsinə qarşı çıxıb.
Bu üzdən də turinlilər 29 yaşlı forvardın yerinə yeni hücumçu axtarışına başlamayıb. Morata bu qərardan narazı qalıb.
Çünki ispaniyalı yenidən La Liqada çıxış etməyi planlaşdırır. “Yuventus” Alvaronu “Atletiko”dan alıb-almamaqla bağlı qərarını yayda verəcək.