Bastoni “Liverpul”un hədəfində

Bastoni “Liverpul”un hədəfində

“İnter”in futbolçusu Alessandro Bastoni karyerasını İngiltərədə davam etdirə bilər. Müdafiəçi “Liverpul”un hədəfinə düşüb.

Premyer Liqa klubu onun transferi üçün yayda rəsmi sorğu göndərəcək. İngiltərəlilər 23 yaşlı futbolçunun özü ilə də razılığa gəlməlidir. Əgər komanda Çempionlar Liqasına vəsiqə qazanmasa, Bastonini razı salmaq çətin olacaq.

O, 2017-ci ilin yayından “İnter”də çıxış edir. Müdafiəçi cari mövsüm 26 oyunda 5 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Həftənin oyunçusu adına namizədlər

Növbəti yazı

Premyer Liqa klubunda təyinat