Baş məşqçilər dünya çempionatlarını müzakirə edəcək
FİFA-nın futbolun qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasını müzakirəyə çıxarır. O, bütün milli komandaların baş məşqçilərinin qatılacağı onlayn konfrans keçirəcək.
Tədbirdə futbol təqviminin islahatları müzakirə ediləcək. Bu dəyişikliklər 2024-cü ildən sonra qüvvəyə minəcək. Mundialın 4 ildən bir deyil, daha tez-tez keçirilməsi ilə bağlı məsələ müzakirələrin əsas mövzusu olacaq.