Günün kuponu – 19.10.2021

Günün kuponu – 19.10.2021

“Atletiko” – “Liverpul” – QQ  – 1.80

İngilislər iki turdan sonra maksimum xalla B qrupunda birinci pillədədir. “Atletiko” 4 xalla ikinci yerdə qərarlaşıb. Səfərdə oynamasına baxmayaraq mersisaydlılardan inamlı oyun gözləyirəm. “Liverpul” meydanı qolsuz tərk etməyəcək. “Atletiko” doğma meydanda istənilən rəqibin qapısına yol tapa bilir. Hər iki komandanın qol vuracağına inanıram.

“Portu” – “Milan” – QQ – 1.66

Səfər matçına “Milan” böyük itkilərlə çıxacaq. Əsas heyətin bir neçə oyunçusu müxtəlif səbəblərdən komandaya kömək edə bilməyəcək. Üstəlik iki oyundan sonra “Milan” xal qazana bilməyib. Meydan sahibləri isə 1 xalla qrupda 3-cü yerdədir. Hər iki komandaya xal lazım olduğundan məhsuldar oyuna ümid edirəm.

“Brügge” – “Mançester Siti” – QQ – 1.90

Çempionlar Liqasında sürprizə imza atan iki klubdan biri “Brügge” sayılır. İki oyundan sonra 4 xalla ikinci yerdə qərarlaşan Belçika təmsilçisində futbolçular bütün top klubların diqqətini cəlb edib. İngilislərin müdafiədə probleminin olduğunu etiraf edək. Əksər oyunlarda “Mançester Siti” qapısını toxunulmaz saxlaya bilmir. Bu oyunda da QQ seçirəm.

“Atletiko” – “Liverpul” – QQ – [nowbetnow-dynamic dyn_code=693]

“Portu” – “Milan” – QQ – [nowbetnow-dynamic dyn_code=694]

“Brügge” – “Mançester Siti” – QQ – [nowbetnow-dynamic dyn_code=695]

Cəmi: 5.67

Sənan Şəfizadədən ən son “Günün Kuponu”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Baş məşqçilər dünya çempionatlarını müzakirə edəcək

Növbəti yazı

Sürpriz kupon – 19.10.2021