Barti karyerasını bitirdi

Barti karyerasını bitirdi

Dünyanın birinci raketkası Eşli Barti karyerasını bitirib. Bu barədə qərarı 25 yaşlı tennisçinin özü açıqlayıb.

“Böyük dəbilqə” turnirlərinin üçqat çempionu bu addımı səbəbsiz atmadığını bildirib: “Lap kiçik yaşlarından tennis oynayıram. Hələ 18 yaşında uzun fasilə götürmüşdüm. Adi yeniyetmə yaşımı, normal həyat yaşamaq istəyirdim. Tennisdə bütün arzularıma, hətta bundan artığına çatmışam. Hesab edirəm ki, raketkanı kənara qoymaq və digər hədəflərə çatmaq üçün çalışmağın vaxtıdır”.

Qeyd edək ki, Eşli 2019-cu ildə “Rolan Qarros”, 2021-ci ildə “Uimbldon”, 2022-ci ildə “Australian Open”in qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

UEFA-nın yeni planı

Növbəti yazı

40 minlik cəza