“Barselona”ya təklif
Braziliyalı müdafiəçi Dani Alves özünü İspaniya “Barselona”sına təklif edib. 38 yaşlı futbolçu bununla bağlı klub rəhbərliyi ilə danışıb.
Cənubi amerikalı yanvarın 1-dən La Liqa klubuna qoşulmağa hazırdır. Alves hətta minimal maaşa da oynamağa razılaşıb.
“Barselona” nümayəndələri vaxt istəyiblər. Onlar məsələni götür-qoy etməyi lazım biliblər.
Xatırladaq ki, ötən ay “San-Paulu”dan ayrılan Alves 2008-16-cı illərdə “Barselona”da çıxış edib.