“Barselona”ya növbəti cərimə

“Barselona”ya növbəti cərimə

“Barselona” növbəti dəfə cəzalanıb. La Liqa təmsilçisi İspaniya Vergi Xidməti tərəfindən cərimələnib.

Futbolçulara ödənişlər zamanı yol verilən qayda pozuntuları üzündən klub 15,7 milyon avro ziyana düşəcək. Kataloniyalılar futbolçularına “Audi” avtomobillərini icarəyə verməsini və çarter reyslərinin qiymətini gizlədib.

Sabiq oyunçuları Arda Turan (1 milyon 312 min 500 avro) və Aleks Sonqa (3,5 milyon avro) ödənilən kompensasiyalar da vergi hesabatında düzgün göstərilməyib. Xidmətin bu araşdırmaları 2019-cu ildə başlayıb.

ETOPAZ

Əvvəlki yazı

Dzekodan xüsusi uğur

Növbəti yazı

Müller “Bavariya”da qalacaq