“Barselona”nın məğlubiyyətsiz seriyası qırıldı

“Barselona”nın məğlubiyyətsiz seriyası qırıldı

“Barselona”nın La Liqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Xavinin komandası 23-cü turda uduzub.

Kataloniya təmsilçisi səfərdə “Almeriya”dan xal ala bilməyib – 0:1. Bununla da 13 matçlıq seriya başa çatıb.

“Barselona” bu müddətdə 12 qələbə və 1 heç-heçəyə imza atıb. Sonuncu məğlubiyyət 2022-ci il oktyabrın 16-da yaşanmışdı. Həmin gün “Real” “El-Klasiko”da 3:1 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Messidən 700-cü qol

Növbəti yazı

Günün şansı – 28.02.2023