“Barselona”dan darmadağın, “Liverpul” məğlubiyyətlə başladı

“Barselona”dan darmadağın, “Liverpul” məğlubiyyətlə başladı

Çempionlar Liqasının qrup mərhələsində 1-ci tura yekun vurulub. İkinci oyun günündə 8 qarşılaşma baş tutub.

A qrupunda “Ayaks” “Reyncers”lə üz-üzə gəlib. Görüş Niderland təmsilçisinin 4:0-lıq qələbəsi ilə yekunlaşıb. Qrupun digər matçında “Napoli” “Liverpul”u üstələyib – 4:1.

B qrupunda “Atletiko” “Porto”nu, “Brügge” “Bayer”i qəbul edib. İspaniyalılar 2:1, belçikalılar isə 1:0 hesablı qələbə qazanıb.

C qrupunda isə “İnter” “Bavariya”nı, “Barselona” “Viktoriya”nı sınağa çəkib. Günün mərkəzi qarşılaşmasından münhenlilər qalib ayrılıb – 2:0. Kataloniyalılar isə Levandovskinin het-trik etdiyi görüşdə rəqibinə şans tanımıyıb – 5:1.

D qrupunda mübarizə “Ayntraxt” “Sportinq” görüşü ilə başlayıb. Meydan sahibləri 0:3 hesabı ilə uduzub. Qrupun digər oyununda “Tottenhem” “Marsel”dən üstün olub – 2:0.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Öz istədiklərimizi etməyə çalışacağıq”

Növbəti yazı

“Bavariya”dan rekord