“Bavariya”dan rekord
Sentyabrın 7-də Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turuna start verilib. “İnter” – “Bavariya” ilə qarşılaşıb.
Milanda keçirilən görüş münhenlilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Bavariya” rekorda imza atıb. Komanda Çempionlar Liqasının start matçlarında qələbə seriyasını 19-a çatdırıb və 17-ci dəfə qol buraxmayıb.
Bundan əlavə, “Bavariya” qrup mərhələsində məğlubiyyətsizlik seriyasını da uzadıb. Sonuncu dəfə almaniyalılar 2017-ci ildə PSJ-yə məğlub olub.