“Barselona”dan 4 milyonluq təzminat

“Barselona”dan 4 milyonluq təzminat

“Barselona” sabiq baş məşqçisi Kike Setyenə kompensasiya ödəyəcək. İstefaya göndərilən mütəxəssisin alacağı təzminatın məbləği də bəlli olub.

İspaniya klubu 63 yaşlı mütəxəssisə 4 milyon avro ödəyəcək. La Liqa təmsilçisi bununla da dekabrın 20-də baş tutacaq məhkəmədən yayınacaq. Setyen məhkəmə vasitəsilə daha çox – 14 milyon avro almağı planlaşdırırdı.

Qeyd edək ki, mütəxəssis 2020-ci ildə “Barselona”ya rəhbərlik edib.

ETOPAZ

Əvvəlki yazı

Lebron Ceyms koronavirusa yoluxdu

Növbəti yazı

Tarixin ən yaxşısı