Lebron Ceyms koronavirusa yoluxdu

Lebron Ceyms koronavirusa yoluxdu

Lebron Ceyms koronavirusa yoluxub. “Leykers”in əfsanəsinin üç testindən ikisi müsbət nəticə verib.

Kaliforniya təmsilçisi basketbolçusu üçün özəl təyyarə sifariş edib. Lebron Los-Ancelesə qayıdıb. Vaksinasiya proseslərini tam keçən oyunçunun xəstəliyi simptomsuz keçir.

NBA-nın dördqat çempionu ən azı 10 gün meydana çıxa bilməyəcək. O, yalnız iki testi mənfi nəticə verdikdən sonra komandaya qoşula bilər. Ceyms minimum 4 matçda iştirak etməyəcək.

Qeyd edək ki, Lebron cari mövsümdə orta hesabla 25,8 xal, 5,2 ribaund və 6,8 ötürmə ilə fərqlənir.

e-Topaz

Əvvəlki yazı

Messi məşqdən, Ramos heyətdən kənar qaldı

Növbəti yazı

“Barselona”dan 4 milyonluq təzminat