“Barselona”da yeni müqavilə
“Barselona” hücumçusu Mark Qiyu ilə bağlı qərarını verib. Klub onunla yeni müqavilə imzalamağa hazırlaşır.
Futbolçunun kataloniyalılarla hazırkı sözləşməsi 2025-ci ilə qədərdir. “Barselona” anlaşmanı 2030-cu ilə qədər uzatmaq istəyir. Oyunçunun özü komandada çıxış etməkdən həzz alır.