“Barselona” sponsorlarını dəyişir

“Barselona” sponsorlarını dəyişir

İspaniya “Barselona”sının sponsorları dəyişəcək. La Liqa təmsilçisi yeni mövsümdən iki yeni titul sponsoru ilə əməkdaşlıq edəcək.

Komandanın futbolkasında “Spotify” loqosu əks olunacaq. Bu internet xidmət “Rakuten”i əvəzləyəcək və yeni baş sponsor sayılacaq. 5 mövsümlük müqavilə “Barselona”ya 340 milyon avro qazandıracaq.

Futbolkaların qolundakı “Beko” loqosunu “Polkadot” əvəzləyəcək. 5 mövsümlük müqavilə 100 milyon avro gətirəcək. “Barselona” “Rakuten”lə 2017-ci, “Beko” ilə 2014-cü ildən əməkdaşlıq edir.

ETOPAZ

Əvvəlki yazı

“Valensiya”dan “Atletiko”ya

Növbəti yazı

“Real”ın futbolçu problemi