“Real”ın futbolçu problemi

“Real”ın futbolçu problemi

“Real”ın futbolçuları Braziliya millisinin düşərgəsini vaxtından əvvəl tərk etməyəcək. Bunu Braziliya Futbol Konfederasiyasının direktoru Juninyo açıqlayıb.

O bildirib ki, yığmanın oyunları başa çatana qədər heç bir futbolçu düşərgədən ayrılmayacaq. Fevralın 3-də İspaniya kubokunun “Atletik”lə görüşünə çıxacaq “Real” onların xidmətindən yararlanması sual altına düşüb.

Madridlilər Kazemiro, Eder Militao, Rodriqo və Vinisius Juniorun tez buraxılmasını xahiş etsə də, cənubi amerikalılar bu güzəştə getməyəcək. Bu futbolçular yalnız millinin hər iki görüşü bitəndən sonra Avropaya qayıdacaq ki, bu da onların kubok matçında iştirakını sual altına salır. Braziliya millisi yanvarın 27-də Ekvador, fevralın 1-də Paraqvayla görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” sponsorlarını dəyişir

Növbəti yazı

“Böyük dəbilqə”lərda ənənəyə son