“Barselona” Rokenin təqdimatını təxirə saldı
“Barselona”da daha bir problem yaşanıb. Klub yeni futbolçusu Vitor Rokenin rəsmi təqdimatını təxirə salmaq qərarına gəlib.
Daha öncə kataloniyalılar yanvarın 3-də Rokeni öz oyunçusu kimi təqdim etmək istəyirdi. Lakin “blauqrana”nın rəhbərliyi Braziliyadan gələn hücumçunun təqdimatını yanvarın 5-nə təxirə salıblar.