“Barselona” Depayı satır

“Barselona” Depayı satır

“Barselona” hücumçusu Memfis Depayı transferə çıxarıb. İspaniya klubu niderlandlı futbolçunu bu yay satmaq niyyətindədir.

28 yaşlı forvardın satışından əldə olunacaq vəsait heyətin gücləndirilməsinə xərclənəcək. Baş məşqçi Xavi anlaşması gələn yay başa çatacaq Depaya güvənmir. 2021-ci ilin yayında azad agent kimi “Barselona”ya keçən Memfis La Liqadakı 25 matçda 11 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Alleqri “Yuventus”da qalır

Növbəti yazı

Raulla yeni müqavilə