Badosa tay-brekdə sevindi

Badosa tay-brekdə sevindi

Dünyanın 9-cu raketkası Paula Badosa Sidneydəki turnirin qalibi olub. İspaniyalı tennisçi finalda Barbora Kreyçikovaya qalib gəlib.

2 saat 23 dəqiqə davam edən qarşılaşmanın taleyi tay-brekdə həll olunub – 6:3, 4:6, 7:6 (7:4). Badosa bu qarşılaşmada 12 eyslə yadda qalıb.

Qeyd edək ki, turnirin mükafat fondu 703 min 580 dollar idi.

ETOPAZ

Əvvəlki yazı

XXI əsrin bombardirləri

Növbəti yazı

“Bavariya”da 3 illik anlaşma