“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
“Bavariya”da 3 illik anlaşma
“Bavariya” qapıçısı Manuel Noyerlə yeni müqavilənin müddəti barədə razılıq əldə edib. Tərəflər 3 illik anlaşma imzalayacaq.
İndiki müqaviləsi 2023-cü ildə başa çatacaq qolkiper 2026-cı ilədək Münhen təmsilçisində qalacaq. Noyer 2011-ci ildən şərəfini qoruduğu klubla 1 illik anlaşmaya da razı idi. Lakin tərəflər daha uzunmüddətli müqavilə barədə razılıq əldə edib. Manuel cari mövsümdə 25 oyuna çıxıb.