Azarenkodan yeni rekord

Azarenkodan yeni rekord

Monreal turnirinə qələbə ilə başlayan Viktoriya Azarenko yeni rekorda imza atıb. Belarus tennisçisi WTA-1000 turnirlərinin tarixinə düşüb.

O, 2009-cu ildən yaradılan bu formatda ən çox qələbə qazanan tennisçi olub. Viktoriyabu turnirlərdə 187-ci dəfə qalib gəlib.

1-ci mərhələdə Polşa təmsilçisi Maqda Linett üzərində 6:3, 6:0 hesablı qələbə Azarenkonu rekorda daşıyıb. O, 186 dəfə qalib gələn rumıniyalı Simona Halepi keçib. 3-cü pillədə çexiyalı Petra Kvitovadır – 177 qələbə.

Qeyd edək ki, turnirin mükafat fondu 2,7 milyon dollardır.

ETOPAZ

Əvvəlki yazı

300 milyonluq təklif

Növbəti yazı

“Mançester Yunayted” onu da istəyir